
Nigeriyada Boko Haram Terror Təşkilatına qarşı əməliyyat keçirilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hərbi əməliyyatlar zamanı 39 nəfər silahlı terror təşkilatı mənsubu öldürülüb.
Bu barədə Nigeriyanın Müdafiə Nazirliyinin Media məliyyatları Direktoru Evard Buba etdiyi açıqlamasında bildirib.
Dövlət rəsmisi son 1 həftədə ölkənin şimal-qərbində Adamava və Borno bölgələrində terror təşkilatına qarşı əməliyyalar keçirildiyini vurğulayıb.
Evard Buba 39 terrorçunun öldürüldüyünü təsdiq edib, çoxlu sayda terrorçunun yaralı halda qaçdığını söyləyib.
Tərcümə: Arzu