Nigeriyanın Adamava əyalətində davam edən leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 33 nəfər həyatını itirib.
Gununsesi.info xəbər verir ki, Nigeriya Regional Dövlət Fövqəladə Halların İdarə Olunması Agentliyinin (SEMA) baş katibi Məhəmməd Əmin Süleyman açıqlamasında hazırda əyalətdə təsirli olan güclü yağışların daşqınlara səbəb olduğunu bildirib.
Süleyman daşqınlar nəticəsində 33 nəfərin həyatını itirdiyini, çoxlu sayda insanın itkin düşdüyünü qeyd edib.
Sel nəticəsində 1600 evin su altında qaldığını bildirən Süleyman bölgədə qurulan 11 yardım düşərgəsində 9 min 960 adamın sığındığını deyib.
Süleyman əlavə edib ki, əyalət hökuməti tezliklə daşqın qurbanlarına humanitar yardım paylamağa başlayacaq.
Səid Əhmədli
Gununsesi.info