
Nigeriyanın Borno ştatında baş verən silsilə intiharçı hücumlar nəticəsində azı 16 nəfər ölüb, 13 nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə yerli polisə istinadla “Sinxua” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, hücumlar bazar günü axşam baş verib. Terrorçuların əsas hədəfi Маyduquri şəhər universiteti olub.
Qeyd edək ki, Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror qruplaşması Qərb təhsil modelinə qarşı çıxır və bütün ölkə ərazisində şəriət qayda-qanununun tətbiqini tələb edirlər.
Gununsesi.info