Nigeriyada terrorçular 45 sərnişini girov götürüb

  • By ilhame
  • 15 Yanvar 2024 21:29

Nigeriyada şəhərlərarası 3 avtobusa hücum edən terrorçular 45 nəfəri girov götürüblər.

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərqindəki Otukpo-Enuqu avtomobil yolunda (Benue ştatı) baş verib.

 

Əsir düşməkdən qaça bilən digər avtobusun sürücüsü və sərnişinlərinin sözlərinə görə, hücum pusqudan olub. İlkin məlumatlara görə, hücum insanlar qarşılığında pul almaq üçün həyata keçirilib.

 

Xatırladaq ki, keçən həftə Nigeriyanın şimal-şərqindəki Kaduna-Abuca yolunda təxminən 30 nəfər qaçırılmışdı. Onların taleyi barədə indiyə qədər hələ heç nə məlum deyil.

 

Ümumiyyətlə, son zamanlar Nigeriyada terrorçular fəallaşıb. Onlar yaşayış məntəqələrinə hücum edir, mağazaları qarət edir, insanları girov götürürlər.

Gununsesi.info