Nigeriyada virus həyəcanı yaşanır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkədəki difteriya epidemiyası panikaya yol açıb.
Ölkədə yaşayanların 80%-nin vaksinasiya edilməsinə baxmayaraq, bulaşıcı xəstəlik 453 nəfərin həyatına son qoyub.
Yaşanan yoluxma ölkədə difteriya xəstəliyinin ikinci dalğası olaraq görülməkdədir.
Nigeriyanın Sağlamlıq və Sosial Yardım Nazirliyi 2022-ci ildən bəri ölkənin 18 bölgəsində virusun yayılmağa davam etdiyini bildirib.
Bu günədək 7202 yoluxmanın təsbit edildiyi ölkədə 453 nəfər bu xəstəlikdən dünyasını dəyişib.
Tərcümə: Arzu