Nigeriyada davam edən virus ölkədə fəlakət yaşatmaqdadır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkədə yaşanan kolera epidemiyası 94 nəfərin həyatına son qoyub.
Bu narədə Xəstəliyə Nəzarət Mərkəzindən açıqlama verilib. Ölkənin 23 bölgəsində yaşanan kolera xəstəliyi son 1 ayda genişlənməkdədir.
Bu ilin əvvəlindən xəstəliyə yoluxanların sayı 2860-a, ölənlərin sayı isə 94-ə yüksəlib.
Qida və su yolu ilə yoluxan xəstəlik olan korela ishala səbəb olur. Bədəndə su itkisinə gətirib çıxarır.
Tərcümə: Arzu