Nigeriyada qeyri-qanuni neft emalı zavodunda baş verən partlayış nəticəsində azı 37 nəfər ölüb.
Gununsesi.info xəbər verir ki, “Arise” telekanalının məlumatına görə, partlayış Rivers ştatındakı obyektdə xam neftin emalı zamanı baş verib.
Ölənlər arasında hamilə qadın da var.
Səlahiyyətlilər araşdırma aparır.
Nigeriyada yüzlərlə qanunsuz neft emalı zavodu fəaliyyət göstərir. Ölkənin təsdiqlənmiş neft ehtiyatları təqribən 37 milyard barreldir ki, bu da qlobal ehtiyatların 3,1 faizinə bərabərdir.
Dünyanın 15 ən böyük xam neft hasil edən ölkəsi arasında yer alan Nigeriya ehtiyatlarına görə dünyanın 8-ci, neft ixracatında isə 6-cı ölkədir.
Səid Əhmədli
Gununsesi.info