Nigeriyanın xarici işlər naziri koronavirusa yoluxub

  • By admin
  • 19 İyul 2020 18:02

Nigeriyanın xarici işlər naziri Cefri Oneyama koronavirusa yoluxub.

Gununsesi.org bildirir ki, nazir bu barədə öz Twitter səhifəsində yazıb:

“Dünən boğaz ağrısından sonra koronavirusla bağlı 4-cü dəfə test verdim. Təəssüf ki, bu dəfə cavab pozitiv çıxdı. Bu həyatdır! Haradasa udursan, haradasa isə uduzursan. İndi karantinə alınmaq üçün tibbi məntəqəyə gedirəm”.

 

Qeyd edək ki, Nigeriyada indiyə kimi 36 107 nəfərin koronavirusa yoluxduğu, onlardan 778-nin öldüyü bildirilir.

 

 

Gununsesi.org