Nihat Zeybekçinin ölkəmizə gəlməsini istəmirik  - AVSTRİYA HÖKUMƏTİ

  • By admin
  • 10 İyul 2017 11:38

04

Avstriya hökuməti Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin ölkəyə daxil olmasını qadağan edib. 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Avstriya Respublikasının Avropa, inteqrasiya və xarici işlər federal naziri Sebastian Kurts “ORF” radiosuna açıqlamasında deyib.

Belə ki, Sebastian Kurts hökumətin Nihat Zeybekçinin 15 iyun hadisələrinin ildönümü münasibətilə gəlməsinin və ölkəyə daxil olmasını qadağan edib.

Xatırladaq ki, bir müddət öncə Hollandiya hökuməti də Türkiyə baş nazirinin köməkçisi Tuğrul Türkeşin 15 iyul hadisələrinin ildönümü münasibətilə çərşənbə axşamı Apeldom şəhərində keçiriləcək toplantıda iştirak etməsini “arzulamadığını” bəyan edib.

Anar

Gununsesi.info