Nikah və boşanmaların sayı açıqlandı

Bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, həmin dövr ərzində 22250 nikah qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,4-ə düşüb. Həmçinin qeyd olunan dövr ərzində 10430 boşanma halı qeydə alınıb. Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

 

 

Gununsesi.info