Nikah və dəfn mərasimlərinə qadağa: 20 nəfərlik ola bilər

  • By admin
  • 17 Mart 2020 18:31

İsrailin Dini İşlər Üzrə Nazirliyi  koronavirusun yayılmasıyla bağlı ölkədə nikah və dəfn mərasimlərində iştirakçıların sayına qoyulan məhdudiyyətlərlə bağlı sərəncam verib.

 
Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki, İsrail mediasının yaydığı məlumata görə, mərasimlərdə biri-birindən 2 metrlik məsafədə dayanmaları şərti ilə yalnız 20 nəfər adamın iştirakına icazə verilir.
İbadətlər iki 10 nəfərlik  qruplarla keçirilməlidir. Qruplar arasındakı məsafə minimum 2 metr olmalıdır.
Qeyd edilir ki, bundan əvvəl ölkənin Səhiyyə Nazirliyi tədbirlərdə 10 nəfərdən artıq adamın iştirakına qadağa qoyan sərəncam verib. Dini İşlər qurumu nikah və toy mərasimləri üçün həmin məhdudiyyəti iki dəfə azaldıb.

 

Gununsesi.org