Nikahının saxta olduğu ortaya çıxan azərbaycanlı boşandı

  • By admin
  • 03 Dekabr 2019 13:05

Rusiyada azərbaycanlı kişi ilə rus qadının nikahı ləğv edilib.

Gununsesi.org-un xəbərinə görə, bu barədə Amur vilayəti Zavitinski Rayon Məhkəməsi qərar çıxarıb.

Amur Vilayət Prokurorluğu nikahın ailə qurmaq üçün deyil, hansısa maddi məqsəd üçün bağlandığı barədə vəsatət verib.

İddiaya görə, azərbaycanlı kişinin rus vətəndaşı ilə evlənməyinin əsas səbəbi onun Rusiya vətəndaşlığı almaq istəməsi olub.

Yoxlama nəticəsində rayon prokuroru məhkəməyə nikahın ləğvi üçün iddia ərizəsi göndərib.

Məhkəməyə gəlməsə də, telefon vasitəsilə əlaqə saxlanılan azərbaycanlı boşanmağa razı olduğunu deyib.

Gununsesi.org