Nikaraquada leysanda ölənlərin sayı 7 nəfərə çatıb

  • By admin
  • 28 Oktyabr 2017 11:36

Nikaraquada güclü yağışlar nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin vitse-prezidenti Rosario Murilo məlumat verib.

Daha öncə 5 nəfərin öldüyü, daha 2 nəfərin itkin düşməsi barədə məlumat verilmişdi.

Güclü yağışlar Sakit okeanda yaranmış və Nikaraqua sahillərinə vurmuş “Selma” qasırğası səbəbilə yaranıb.

Hazırda qasırğanın Salvador istiqamətinə irəliləməsi bildirilir.

Gununsesi.info