ABŞ-nın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli respublikaçı kimi ABŞ prezidentliyinə namizəd olmaqdan imtina etdiyini açıqlayıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, o, kampaniyasının dayandırılmasının vaxtının çatdığını deyib.
“Mən heç nəyə peşman deyiləm. Artıq namizəd olmasam da, inandığım şeylər haqqında danışmaqdan əl çəkməyəcəyəm”, – deyə siyasətçi bildirib.
Beləliklə, Donald Tramp Respublikaçılar Partiyasından prezident seçkilərində əsas namizəd olub.
Həmçinin eks-prezidentin sonuncu rəqibi olan Heyli ona uğur arzulasa da, tərəfdarlarını ona səs verməyə çağırmayıb.
Gununsesi.info