Ermənistanda parlamentin bu gün keçirilən iclasına baş nazir vəzifəsinə növbəti dəfə səsvermə keçirilib.
Gununsesi.info news.am-a istinadən xəbər verir ki, bu vəzifəyə irəli sürülən yeganə namizəd “Elk” fraksiyası lideri Nikol Paşinyan səsvermə nəticəsində bu dəfə qələbə qazanıb.
42 deputat Paşinyanın əleyhinə, 59-i isə lehinə səs verib. Bununla da N. Paşinyan Ermənistanın baş naziri postuna seçilib.
Gununsesi.info