Ermənistanın baş naziri Nikol Paşinyan Aleksandr Lukaşenkonun prezidenti olduğu halda Belarusa səfər etməkdən imtina edib.
Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə o, Ermənistan parlamentində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi müddətdə nə o, nə də başqa erməni rəsmisi Belarusa səfər etməyəcək.
Xatırladaq ki, mayın ortalarında Lukaşenko Azərbaycana səfər edib.
O, Azərbaycanın Dağlıq Qarabağda sülh yolu ilə inkişaf məsələsində təcrübəsinin Belarus üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Şəbnəm
Gununsesi.info