Nikol Paşinyan hökumətin iclasını keçirib -Qarabağda erməni hərbçisi yoxdur!

  • By admin
  • 04 Avqust 2022 12:50

Azərbaycan ordusunun ötən gün keçirdiyi “Qisas” əməliyyatının təsirindən bu gün özünə gələn Ermənistan Baş naziri Nikol Paşinyan hakumətin iclasını keçirib.

Gununsesi.info xəbər verir ki, baş verən olaylara münasibət bildirən Baş nazir həyasızcasına yalan danışaraq, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan hərbçisinin olmadığını, guya Azərbaycanın bunu deməklə blef etdiyini söyləyib.

Qeyd edək ki, bu, utanmadan yalan danışmağın ən eybəcər formasıdır. Cəmi bir neçə gün öncə Ermənistan Baş Qərargah rəisinin müavini Saakyan Azərbaycanın Qarabağ bölgəsində xidmət edən Ermənistan vətəndaşları olan çağırışçıların “müqaviləli hərbçilərlə əvəzlənəcəyini” rəsmən elan etmişdi.

Bunun ardınca isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan hərbçilərinin guya 44 günlük müharibə zamanı erməni separatçı ünsürlərə “yardım üçün” getdiyini bildirərək, onların avqustun sonuna qədər Azərbaycan ərazisindən çıxarılacağını elan etmişdi.

İki rəsmi açıqlamanın ardınca, Qarabağdan Ermənistan hərbi birliklərinin çıxarılması barədə heç bir dəlil sübut-olmadan, “Qarabağda Ermənistan hərbçisi yoxdur” demək həyasızlığın son həddidir ki. bunu da ancaq ermənilər bacarar.

Gununsesi.info