Nikol sərhəddə növbəti hücum planlarını elan etdi

  • By admin
  • 18 Oktyabr 2022 12:44

Ermənistanın Azərbaycanla sərhəddə artilleriya və canlı qüvvə cəmləməsi haqda məlumatlar fonunda Nikol Paşinyanın Bakını “yeni hərbi təcavüzlə” ittiham etməsi təsadüfi deyil.

Nikol iddia edir ki, Azərbaycan sərhəddə “atəşkəsi pozur” və bu, yeni hərbi hücum üçün bəhanədir. Əlavə edir ki, “atəşkəs rejimini saxlamaq və təhlükəsizliyi təmin etmək üçün beynəlxalq mexanizmlər lazımdır”.

12-13 sentyabr toqquşmasından sonra siyasi müstəvidə baş verənlər –Qərbin, xüsusilə Fransanın bölgəyə müdaxilə imkanlarının genişlənməsi, sərhədə “mülki missiya”nın gəlişi qərarı və s. – İrəvanın hədəfinin sərhədə “beynəlxalq müşahidəçi” adı altında Qərb qüvvələrinin gətirilməsi, bununla sərhədin müəyyən edilməsi də daxil olmaqla bölgədəki vəziyyəti öz xeyrinə dəyişmək olduğunu təsdiqlədi. Praqda qərar qəbul edilsə də, Rusiyanın “mülki missiya”nın Ermənistan ərazisinə gəlişinə reaksiyası gözlənildiyi kimi sərtdir və Putinin üçtərəfli formatda yeni görüş hazırlığı da deməyə əsas verir ki, Moskva təşəbbüsü yenidən ələ almağa çalışacaq.

Ermənistanın Rusiyanın prosesə müdaxiləsinə qədər “beynəlxalq mexanizmlərin” yaradılmasını istəyir və erməni qoşunların sərhəddə cəmlənməsinə paralel olaraq, Paşinyanın Azərbaycanı “yeni təcavüzə hazırlaşmaqda” ittiham etməsi də İrəvanın növbəti hərbi kompaniyaya başlayacağı gözləntisini artırır. Təxribatların Moskvada mümkün görüşə qədər olacağı da istisna deyil.

Gununsesi.info