Nikol Soçidə buna israr edib - VİDEO

  • By admin
  • 02 Noyabr 2022 14:18

Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın Soçi görüşündə Bakı və İrəvan arasında münasibətlərin yekun tənzimlənməsi yolunda irəliləyiş olmayıb. Lakin Soçi danışıqlarının bəzi təfərrüatı üzə çıxıb. Erməni tərəfi yekun bəyanatda nəinki ziddiyyətli, hətta açıq desək, təxribat xarakterli hadisələri əks etdirmək istəyib.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” məlumat yayıb.

“Soçidə İrəvanın maraqlarını təmsil edən baş nazirin rəhbərlik etdiyi komanda 2021-ci ilin mayında baş verən hadisələrin qiymətləndirilməsini yekun sənədin mətninə daxil etməyi qarşısına məqsəd qoyub. Xatırladaq ki, ötən il mayın 12-də Qaragöl yaxınlığında Azərbaycan və Ermənistan sərhədçiləri arasında toqquşma baş verib. Daha sonra İrəvan iddia edib ki, “Azərbaycan hərbçiləri sərhədi dəqiqləşdirmək bəhanəsi ilə saxta kartoqrafik materiallardan istifadə edərək Ermənistan ərazisinin dərinliklərinə doğru irəliləməyə cəhd edib”.

Bakı isə izah edib ki, 9-10 noyabr 2020-ci il tarixlərində imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ermənistanla həmsərhəd işğaldan azad edilmiş rayonlarda mürəkkəb dağlıq relyef strukturuna və iqlim şəraitinə malik ərazilərdə hava şəraitinin yaxşılaşdırılması ilə Azərbaycan sərhədinin xüsusi olaraq ölkəyə məxsus mövqelərinə mühafizəçilər yerləşdirilib. Sərhəd mühafizəsi sisteminin gücləndirilməsi istiqamətində addımlar Ermənistanla Azərbaycan arasında sərhəd xəttini müəyyən edən xəritələr əsasında həyata keçirilib. Mübahisəyə səbəb iki dövlət arasında müstəqillik bərpa olunandan bəri məlum səbəblərdən dövlət sərhədinin olmaması olub. Paşinyanın nə üçün həmin hadisələri indi xatırlatmaq qərarına gəldiyi, həm də ən yüksək səviyyədə imzalanması planlaşdırılan sənədin mətninə onların daxil etməsi qaranlıq olaraq qalır.

İrəvanın Azərbaycan sərhədçilərinin Qaragöl gölü ərazisində guya qanunsuz hərəkətləri ilə bağlı bəyanatları yalnız təxribat kimi qiymətləndirilə bilər. Paşinyan yəqin ki, Soçi görüşündə erməni revanşistlərinin səsləndirdiyi fikirləri reallaşdırmağa çalışıb. Lakin həm Bakı, həm də Moskva Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsində başlanğıc nöqtəsi kimi yalnız SSRİ-nin yeni Konstitusiyasının qəbulundan əvvəl tərtib edilmiş Baş Qərargahın 1975-ci il rəsmi xəritələrini qəbul edir.

Ermənistan tərəfi 2022-ci il sentyabrın ortalarında baş vermiş hadisələri bəyanatın mətnində əks etdirməyi təklif edib. Payızın əvvəlindən Ermənistan Azərbaycanın Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətinə artilleriya, eləcə də piyada qoşunlarını çıxarmağa başlayıb, erməni KİV-ləri sərhədyanı hərbi əməliyyatlar təhlükəsini qızışdırıb. Sentyabrın 13-də Azərbaycan ərazisinə yollanan Ermənistan diversant dəstələri Azərbaycan ordusunun mövqeləri ətrafındakı torpaqları minalamağa başlayıblar. Sonra diversantlar aşkar edilib, döyüş başlayıb. Paşinyan Putinə, Blinkenə, Makrona, Rusiya XİN-ə, KTMT-yə və BMT Təhlükəsizlik Şurasına kömək üçün zəng edib. Ekspertlər də bildirdilər ki, İrəvanın üçüncü tərəfləri prosesə cəlb etməyə çalışmasının sürəti bu hərəkətlərin əvvəlcədən hazırlandığını göstərir. O zaman Paşinyanın niyə İlham Əliyevə zəng etmədiyi, eləcə də ay yarımdan sonra nə üçün Soçi sənədinə bu hadisələri salmaq istəyi müəmmalı olaraq qalır.

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bildirib ki, erməni tərəfi sənəddə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsini də sona qədər təkid edib. Lakin Qarabağın Azərbaycanın bölgələrindən biri kimi Ermənistana və sülh prosesinə heç bir aidiyyəti yoxdur. Ermənistan və Azərbaycanın suveren ərazilərinin yerləşdiyi torpaqlar ancaq sərhədin delimitasiyası ilə müəyyən edilə bilər. Amma delimitasiya sülh müqaviləsi bağlanmadan, eləcə də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədən mümkün deyil.

Bu və ya digər şəkildə Soçidə Rusiya və Azərbaycan liderləri Paşinyanın bu istəklərindən imtina ediblər, onun bütün bu istəkləri təxribat kimi qiymətləndirilib.

Ermənistan tərəfinin ziddiyyətli mövqeyinə baxmayaraq, sonda bəyanat qəbul olundu, orada “Qarabağ” sözü qeyd olunmadı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsinə xüsusi diqqət yetirildi”, – şərhdə qeyd edilib.

Gununsesi.info