
Fransanın sabiq prezidenti Nikola Sarkozi Azərbaycanda olub.
Gununsesi.org APA-ya istinadla xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qros “Twitter” səhifəsində bildirib.
“Nikola Sarkozi bir neçə saatlıq Bakının fəxri qonağı oldu. Prezident Sarkoziyə Azərbaycana səfəri üçün təşəkkür edirəm”, – deyə Fransa səfiri qeyd edib.