Nikola Sarkozi həbs edilib

Nikola Sarkozi həbs edilib

Fransada ölkənin keçmiş prezidenti Nikola Sarkozi saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Monde” qəzetində məlumat yayılıb.

“Bizdə olan məlumata görə, sabiq prezident Nanterdə polis nəzarətinə götürülüb. Liviyanın 2007-ci il prezident seçkilərini maliyyələşdirməsi iddiaları üzrə işin araşdırılması ilə bağlı polis bölməsinə aparılıb.” deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, 2012-ci ildə “Mediapart” nəşri Qəddafi rejiminin Sarkozinin seçkiqabağı kampaniyasını maliyyələşdirmək məqsədilə Fransaya 50 milyon avro göndərdiyi haqqinda sənədləri dərc etmişdi.

Bu qalmaqalla bağlı məhkəmə araşdırması altı ilə yaxındır ki, davam edir.

Gununsesi.info

COMMENTS