Nikolas Maduro Azərbaycana gəlib

  • By admin
  • 24 Oktyabr 2019 17:30

Venesuela prezidenti Nikolas Maduro Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Bakıya səfərə yola düşüb.

Gununsesi.org məlumatına görə, Venesuela lideri səfərdən əvvəl jurnalistlərə açıqlama verib.

“Mən Qoşulmama Hərəkatının Azərbaycanda keçiriləcək sammitində iştirak etmək üçün bu ölkəyə yola düşürəm. Venesuela üç il müddətində sədrliyi dövründə öz öhdəliklərini yerinə yetirib”, – deyə o, bildirib.

Maduro, həmçinin Bakıda ölkəsinin Qoşulmama Hərəkatına sədrliyi müddətində əldə edilmiş nailiyyətləri təqdim edəcəyini vurğulayıb.

Qeyd edək ki, 25-26 oktyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının növbəti sammiti keçiriləcək.

Xatırladaq ki, ABŞ rəsmiləri rəsmi Bakıdan Maduronu qəbul etməməyi tövsiyyə etmişdi.