Nikolas Maduro Kolumbiya prezidentini Venesuelanın düşməni adlandırıb

  • By admin
  • 29 Dekabr 2019 09:14

Venesuela Prezidenti Nikolas Maduro kolumbiyalı həmkarı İvan Dukeni ölkəsinin milli düşməni adlandırıb.

Gununsesi.org “TASS” agentliyinə istinadən xəbər verir ki, müvafiq açıqlamanı Maduro Karakasda ordu nümayəndələri qarşısında çıxışı zamanı səsləndirib.

“Venesuelanın düşməni Kasa-de-Narinyo prezident iqamətgahında, Boqotadadır. Onun adı Kolumbiya Prezidenti İvan Dukedir. Ölkədəki vəziyyəti gərginləşdirmək üçün bütün hücumlar Kolumbiyada hazırlanmış, maliyyələşdirilmiş və Venesuelada dövlət çevrilişi həyata keçirmək üçün göndərilmişdir”, – deyə N.Maduro dövlət televiziyasında çıxışında bildirib.

Venesuela rəhbəri, həmçinin Kolumbiya ilə həmsərhəd olan ştatlarda hərbçiləri və xalq qüvvələrini “maksimum sayıqlığı və hazırlığı” qorumağa çağırıb.

 

Gununsesi.org