Nişan üzüyü almağa gedərkən qəzada ölən 5 nəfərin üzərindəki pullar yoxa çıxdı - VİDEO

Şamaxıdan Bakıya xeyir iş üçün gedən böyük bir ailə həlak olub.

Dəhşətli qəza Bakı-Şamaxı yolunun 58,5-ci km-də, Qobustan rayonunun Cəngi kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətinə hərəkət edən KIA-nın bir neçə dəfə aşması 17 yaşlı Səmayə Talıbovanın, 23 yaşlı Əmrah Nuriyevin, Əmrahın bacısı Şəbnəm, yeznəsi Məhərrəm və onların azyaşlı övladları Məryəm Səmədovların ölümü ilə nəticələnib.

Əmrah Nuriyevin anası isə müxtəlif sınıq və xəsarətləri ilə Bakıya, Travmatologiya və Ortopediya İnstitutuna çatdırılıb.

Səmayənin anası Məhəbbət Talıbova “Astar”a deyib ki, qızı Səmayə Şabran şəhərində təhsilini başa vurub Şamaxıda kollecə daxil olub:

“O, sevdiyi Əmrah Nuriyevin ana babasının evində kirayədə qalırdı, oğlan onu babasıgildə görüb bəyənmişdi, tanış olmuşdu. Hər ikisi cavan yaşında həyatdan getdilər”.

Qeyd edək ki, ağır faciədə acınacaqlı digər məqam da baş verib. Belə ki, qəzada həlak olan Əmrahla Məhərrəmin üzərindəki külli miqdarda pul oğurlanıb.

Daha ətraflı “Astar” “YouTube” kanalının materialında:

Gununsesi.info