Nişanlısını xəyanətdə tutdu- AÇ QAPINI! - FOTOLAR

Nişanlısını xəyanətdə tutdu

İngiltərənin premyer-liqasında qalmaqallar səngimək bilmir.

Gah Ues Morqan xəyanətə görə arvadının qəzəbinə gəlib bahalı malikanəsindən qovulur, Ueyn Runi sərxoş olub əxlaqsız qadını evinə aparır, gah Delle Allinin seks-videosu yayılır.

Bir zamanlar çox perspektivli futbolçu sayılan, indisə “Stok Siti” klubunun ehtiyat heyətində qalan Saido Berahino, deyəsən, həmkarlarının yolunu davam etdirmək fikrinə düşüb.

Gununsesi.info Daily Mail-ə istinadən bildirir ki, əslən Burundidən olan 24 yaşlı futbolçunun nişanlısı, 26 yaşlı Stefaniya Xristoforu evin qapısını döyüb, söyüb, qışqırıb.

Əslən kiprli olan qadının sinirlənməsinə səbəb onun nişanlısı Saidonun xəyanəti idi.

Saido həmin an evdə 28 yaşlı model Çelsi Louleyslə birlikdə idi.

Futbolçu və Çelsi İnstagram-da tanış olublar, bir-birlərinə vurulublar.

Daha sonra Saido aşiq olduğu model Çelsini Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə dəvət edib. Onlar Dubayda birgə istirahət edəndən sonra futbolçunun evinə qayıdıblar.

Bir neçə kokteyl-barı və suşi-restoranı olan Stefaniya da bundan xəbər tutan kimi evə yollanıb.

S.Berahinonun bacısı Stefaniyanı sakitləşdirməyə çalışsa da, kiprli qadın daha da sinirlənib.

Üç həftə vvəl S.Berahino elə həmin evə fahişə dəvət etmişdi.

Saido Berahino ilə Stefaniya Xristoforunun münasibətlərinin başa çatdığı deyilir.

Gununsesi.info 

COMMENTS