“Nissan” dərəyə aşdı, 5 yaralı

  • By admin
  • 16 Sentyabr 2017 21:05

qeza_0235
Şəmkirdə xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Qasımalılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Nissan Tide” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan dərəyə aşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralılardan bir neçə nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info