Nisyə çörək satmayan mağaza sahibi döyülüb

Abşeronda nisyə çörək satmadığı üçün mağaza sahibi döyülüb.

Gununsesi.info-nun məlumatına görə, hadisə qonşular arasında baş verib. Belə ki, A.Əliyev (şərti) oğlunu qonşuluqda N.Cəsurova (şərti) məxsus mağazadan iki ədəd nisyə çörək almağa göndərərək pulunu daha sonra ödəyəcəyini bildirib. Lakin mağaza sahibi uşağa nisyə mal satılmadığını deyib. Həmin vaxt orada olan dükan sahibinin qardaşı uşağa 1 manat verib və qardaşından xahiş edib ki, uşağı əliboş qaytarmasın. Daha sonra uşaq evə gələrək məsələ barəsində atasına danışıb. Bundan sonra A.Əliyev mağazaya gedərək N.Cəsurovun qardaşının pulunu qaytarıb.

HTML tutorial

Həmin hadisədən 2 gün sonra A.Əliyev toydan sərxoş qayıdarkən N.Cəsurovu dükanın qarşısında görüb və ona “sən qonşu adamı deyilsən” deyərək onu söyüb. O isə ona “mal özümündür, yaxşı edib verməmişəm” cavabını verib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Bu zaman A.Əliyev N.Cəsurovu vurub. Onları aralamaq istəyən mağaza sahibinin qardaşı və bacısı xəsarət alıb. Belə ki, A.Əliyev qonşusunun qardaşını sifətindən yumruqla, bacısını isə başından daşla vurub.

Döyülən ailə A.Əliyevdən polisə şikayət edib. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Abşeron Rayon Məhkəməsi A.Əliyevə şərti cəza verib. Belə ki, onun üzərinə 2 il müddətə yaşayış yerini dəyişməmək vəzifəsi qoyulub.

Gununsesi.info