Nitsada hadisəni törədən şəxsin terrorçularla əlaqəsi aşkarlanmayıb

  • By admin
  • 18 İyul 2016 14:07

terror

 

Nitsa şəhərində terror hadisəsi törətmiş yük maşınının sürücüsü Məhəmməd Buhlel ilə terror təşkilatları arasında bağlılıq aşkarlanmayıb.

Gununsesi.info xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə RTL radiostansiyasının efirində çıxışı zamanı Fransanın daxili işlər naziri Bernar Zaznev bildirib.

Xatırladaq ki, iyunun 14-də axşam saatlarında Fransanın Nitsa şəhərində sürücü yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzintiyə çıxan insanların üzərinə sürüb. Şahidlərin ifadəsinə görə, yük maşını dayanmadan ziqzaqvarı hərəkət edərək təxminən 2 kilometr məsafədə insanları əzib. Bundan sonra terrorçu polis əməkdaşları ilə atışmağa başlayıb və öldürülüb.

İnsident nəticəsində aralarında xarici ölkə vətəndaşlarının da olduğu 84 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. Hadisə ilə əlaqədar 6 nəfərin saxlandığı bildirilir.

Gununsesi.info