Nitsada terror aktı törədən şəxsin fotosu yayımlanıb

  • By admin
  • 15 İyul 2016 21:05

fransa

 

Fransanın “L’est Republicain” ötən gecə Nitsada terror aktı törədən Məhəmməd Lahuayec Buhlelin fotosunu yayımlayıb.

 

Gununsesi.info-nun məlumatına görə, qəzet onun 2008-ci ildə Fransada yaşayış hüququ verən sənədin surətini dərc edib.

 

Sənədə əsasən, Məhəmməd Lahuayec Buhlelin 1985-ci il, yanvarın 31-də Tunsin Msaken şəhərində doğulub.

 

Qeyd edək ki, iyulun 14-də, gecə saatlarında yüksək sürətlə hərəkət edən yük avtomobili milli bayram münasibətilə təşkil olunan atəşfəşanlığı izləyən kütlənin içərisinə daxil olub. Nəticədə 84 nəfər ölüb, 100 nəfər yaralanıb.

Gununsesi.info