İyulun 14-də Fransanın Nitsa şəhərində baş vermiş terror aktı ilə bağlı həbs olunan 5 nəfərə ittiham irəli sürülüb.
Gununsesi.info xəbər verir ki, APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Paris Prokurorluğunun məlumatında deyilir.
Qeyd edək ki, Parisin prokuroru Fransua Molens terrorla əlaqəsi olmaqda şübhəli bilinən 5 nəfərin həbs olunması faktını təsdiqləyib. Onlardan 3-ü tunisli, digərləri isə albaniyalıdı.
Gununsesi.info









