Nitsedəki terrorda şübhəli bilinən 11 nəfər saxlanıldı

  • By admin
  • 12 Dekabr 2016 19:21

somali

 

Fransa polisinin xüsusi təyinatlı qüvvələri Nitsedə Məhəmməd Lahuayec Buhlel tərəfindən təşkil olunan terror aktına maddi-texniki dəstəkdə şübhəli bilinən 11 nəfəri saxlayıb.

Gununsesi.info-nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, təhlükəsizlik rəsmiləri istintaq materialları arasında saxlanılan şübhəlilərin birbaşa əlaqəsini sübut edən dəlillər olduğunu bildiriblər.

Qeyd olunur ki, 11 nəfərdən 10-u Nitse və Nante şəhərlərində tutulub.

Xatırladaq ki, Nitsedə terror aktı 2016-cı il iyulun 14-də törədilib. Hadisə nəticəsində 86 nəfər həlak olub, 300-dən çox insan xəsarət alıb.

 

Gununsesi.info