Niyə onlar deputat olmaq istəyir? - KƏRAMƏT BÖYÜKÇÖL YAZIR

  • By admin
  • 19 İyul 2024 09:05

Millət vəkili olmağın məsuliyyətini anlasalar və bunun nə qədər əziyyətli bir iş olduğunu dərk etsələr, heç kim 3-5 min maaşa görə deputat olmaq istəməz.

Hamı bilir ki, Milli Məclis millətə vəkillik eləmək üçün yer deyil, mandatdan istifadə edərək kef, əyləncə, çapıb-talamaq, yeyib-dağıtmaq yeridir.

Ona görə hamı deputat olmaq istəyir.

Yaxud adamlar İcra başçısı olmağın nə qədər ağır və məsuliyyətli bir iş olduğunu dərk eləsələr, heç kim 2500 manat maaşa görə o vəzifənin yükünü öz çiyinlərinə götürmək istəməz.

Hamı bilir ki, İcra başçısı olmaq qanunsuz yollarla nə qədər pullar əldə etməkdir, kefdi, əyləncədi, yemək-içməkdi, çapıb-talamaqdı. Ona görə hamı İcra başçısı olmaq istəyir.

Allah dövlətimizi qorusun deyə-deyə yeyib-dağıtmaq, çapıb-talamaq Azərbaycandır.

 

Kəramət Böyükçöl