Niyə Ukrayna kimi Azərbaycana da donor dəstəyi edilmir?

Bu gün İsveçrənin Luqano şəhərində Ukraynanın bərpası ilə bağlı donor konfransı keçiriləcək. İlkin məlumatlara görə, Ukraynanın müharibədən sonrakı bərpası üçün 500 milyard avrodan çox donor vəsaiti ayırıla bilər. İnfrastruktur və təhlükəsizlik, iqlim və rəqəmsal iqtisadiyyat investisiyaları və enerji şaxələndirilməsi kimi istiqamətlərə vəsaitin ayrılacağı gözlənilir.

Gununsesi.info xəbər verir ki, Ukraynaya ayrılması gözlənilən yardım bu ölkənin Ümumi Daxili Məhsulundan (ÜDM) 2.5, dövlət büdcəsinin gəlirlərindən isə 12 dəfə çoxdur. 2021-ci ildə Ukrayanda ÜDM 198, büdcə gəlirləri isə 42 milyard olub.

HTML tutorial

Milli Məclisin deputatı Vüqar Bayramov deyir ki, Rusiya-Ukrayan müharibəsindən sonra qrivnanın dəyirsizləşməsi və savaşın real sektorunda yaratdığı ciddi durğunluq fonunda sözügedən ölkənin makro-iqtisadi göstəriciləri dollarla real ifadədə kəskin pisləşib:

“Ukraynanın bərpası üçün yardımın nəzərdə tutulması və donor konfransının keçirilməsi təqdirəlayiq haldır. Azərbaycan da Ukraynaya humanitar yardım edən ölkələrdəndir. Savaş başladıqdan sonra Azərbaycan humanitar dəstək ilə yanaşı, Ukraynada təcili yardım maşınlarını da pulsuz yanacaqla təmin edirdi. Ölkəmizin ərazisinin 20 faizə yaxını müharibə nəticəsində tamamilə dağıdılıb. 30 ilə yaxın işğal müddətində Qarabağda infrastrukturun dağıdılması, əmlakın barbarcasına mənimsənilməsi Azərbaycana milyardlarla ziyan vurub. Hazırda dəymiş ziyanın konkret məbləği hesablanıb yekunlaşmaq üzrədir. Son 2 ildə işğaldan azad olunan ərazilərimizin bərpası üçün dövlət büdcəsindən 4 milyard 870 milyon manat vəsait ayrılıb. Azərbaycan heç bir xarici yardım olmadan azad olunan əraziləri bərpa edir və yenidən qurur. Bununla yanaşı, Ermənistan işğalı nəticəsində dəymiş ziyanın məbləği kifayət qədər böyükdür, bu isə o deməkdir ki, bərpa prosesi çoxlu vəsait tələb edəcək. Təəssüf ki, dost Ukraynaya olan beynəlxalq donor dəstəyi Azərbaycana münasibətdə hiss edilmir. Halbuki, Qarabağ və Şərqi Zəngəzurun bərpasına olacaq dəstək eyni zamanda regionadakı təhlükəsizliyin formalaşması və güclənməsi baxımdan da vacibdir”.

Gununsesi.info