Niyə, vətəndaşın hüququnun təmini məsələsinin həlli Avropa Məhkəməsində tapılmalıdır və buna görə də dövlət cərimələnməlidir? - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 04 Noyabr 2022 14:35
MTN tərəfindən həbs edilən zaman 3 ay ailə üzvləri ilə görüş və telefon danışıq hüququm məhdudlaşdırılmışdı.
Təcridxana rəisi Zaur Bənnayevlə görüşüb onun diqqətinə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin olunması haqqında” qanunu xatırlatdım.
Reaksiyasından hiss etdim ki, o belə bir qanundan bixəbərdir. Tez google daxil olub qanunu tapdı.
Oxuyanda özü də təəccüblənmişdi.
İndi təəssüf ki, qanunlara nəzarət etməli olan prokurorluq özü qanunları pozur və jurnalistin həm də Konvensiyanın 8-ci (Şəxsi və ailə həyatına hörmət hüququ) maddəsinə əməl etmir.
Yəqin ki, Əvəz bəyin vəkili Aqil Layic Avropa Məhkəməsində məhz bu pozuntuya görə hökuməti cərimələdəcək.
Axı, ortada presedentlər də var.
Prokurorluq da bilməmiş deyil ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin Preseden hüququnun məcburiliyini tanıyır. Bununla bağlı Ali Məhkəmə Plenumunun xüsusi qərarı var.
İndi biz necə inanaq ki, Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi dövlətinin nüfuzunu düşünür və qanunlara xidmət edir.
Niyə, bir vətəndaşın hüququnun təmini  məsələsinin həlli Avropa Məhkəməsində tapılmalıdır və buna görə də dövlət cərimələnməlidir?
Axı, Əvəz Zeynallı terrorçuluqda, casuzluqda, vətənə xəyanət də ittiham olunmur.  Onun xanımı, övladları, yaşlı anası ilə danışıb-görüşməsi nəyə problem yaradasıdır ki?
Bu qanunsuzluğu edərək  hökuməti Avropa Məhkəməsində cəzalandırmaqla, dövlətin pulunu oğurlamağın arasında bir fərq varmı? 
Pərviz Həşimli
Gununsesi.info