Niyam Azərbaycanı tərk etməsindən danışdı

  • By admin
  • 08 Yanvar 2018 20:40


Müğənni Niyam Səlami Azərbaycandan getmə xəbərindən danışıb.

Axşam.az-a açıqlama verən sənətçi bildirib ki, ölkədən birdəfəlik köçmür. O, yalnız işləmək məqsədi ilə Türkiyəyə getdiyini söyləyib:

“İnsanlar elə başa düşür ki, mən buradakı evimi, işlərimi atıb Türkiyəyə köçürəm. Xeyr. Sadəcə Bodrumda bir restoranla müqavilə bağlamışam, orada səhnəyə çıxacam. Amma Azərbaycana da gəlib-gedəcəm buradakı işlərimi davam etdirəcəm, toylara gedəcəm”.

N.Səlami yeni planlarından da danışıb. O bildirib ki, solo konsertə hazırlaşır:

“Sentyabrda Heydər Əliyev sarayında böyük bir konsertim olacaq. Elə müqaviləmin əsas səbəbi də budur ki, efirlərdən uzaq olum və konsertə istədiyim kimi hazırlaşım, yeni mahnılar yazdırım və uzun fasilədən sonra tamaşaçılar qarşısına ekskluziv repertuarla və yeni Niyam Səlami olaraq çıxım”.

 

Gununsesi.info