Niyazi Səfərov: “Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi təklif edilir”

  • By admin
  • 09 Dekabr 2019

İqtisadiyyat Nazirliyinin Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi təklif edilir.

Gununsesi.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin Hacıqabul Sənaye Məhəlləsində 10 rezident qeydiyyata alınıb və 2 rezident artıq işləyir: “2020-ci ilin mart, aprel, may aylarında bir sıra rezidentlər fəaliyyətə başlayacaq, o cümlədən, “Azərmaş” ASC Qazel markalı avtomobillərini buraxılışına başlayacaq. İqtisadiyyat Nazirliyi Prezident İlham Əliyevə Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi ilə bağlı müraciət edib. İqtisadiyyat Nazirliyinə artıq yeni rezidentlərdən müraciətlər daxil olur”.

 

Gununsesi.org