Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü keçiriləcək

  • By admin
  • 16 Avqust 2016 11:50

niyazi

 

 

Avqustun 20-də maestro Niyazinin anadan olmasının 104-cü ili tamam olur.

Gununsesi.info Mədəniyyət və Turizim Nazirliyinin internet saytına istinadən xəbər verir ki, bu münasibətlə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyinin kollektivi Fəxri xiyabanda maestronun məzarını ziyarət edəcək və sənətkarın mənzil-muzeyində “Açıq qapı” günü keçiriləcək.

“Açıq qapı” günü çərçivəsində qonaqlara maestro haqqında olan sənədli filmlər, onun konsertlərindən, “Rast” muğam-baleti və “Çitra” baletindən videogörüntülər təqdim olunacaq.

Musiqisevərlər gün ərzində maestronun mənzil-muzeyini ziyarət etmək imkanı əldə edəcəklər.

 

Gununsesi.info