Nizaməddin Quliyevin hakim oğlunun icraatında olan işlər əlindən alındı

  • By admin
  • 26 Dekabr 2019 14:57

 

Rüşvət və korrupsiya ittihamı ilə DTX tərəfindən həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin Nəriman Rayon Məhkəməsinin hakimi işləyən oğlu Ramin Quliyevin də vəziyyəti ürəkaçan deyil.

Bu barədə Nərimanov rayon Məhkəməsindən Gununsesi.org-a bildirilib. Xəbər görə, Ramin Quliyevin hakim kimi icraatında olan işlər əlindən alınıb.

Məlumatda bildirilir ki, Ramin Quliyevin işlərini də məhkəmənin digər hakimləri arasında bölüşdürüblər.

Gənc hakim məhkəməyə gəlsə də faktiki olaraq fəaliyyətsiz qalıb.

Elmar Elnuroğlu

Gununsesi.org