Nizami Gəncəvi 880 -"İSGƏNDƏRə yeni NAMƏ" - Fotolar

  • By admin
  • 22 Dekabr 2021 22:43

Bu günlərdə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş İlqar Fəhminin qələmindən çıxan “İsgəndərə yeni Namə” tamaşası Mehriban Ələkbərzadənin quruluşunda Azərbaycan Dövlət Akademik Milli Dram teatrında izləyicilərin ixtiyarına verilib. 

Gununsesi.info xəbər verir ki, premyerası olan tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

HTML tutorial

“İsgəndərə yeni Namə” tamaşasının quruluşçu rejissoru Mehriban Ələkbərzadə,
Quruluşçu rəssamı İlham Elxanoğlu,
Rejissor asistenti Nihad Qulamzadə və
Plastik həll üzrə rejissoru Pərviz Məmmədrzayevdir.

Tamaşanı izləyərkən muasir teatr ənənəsinin yaranmasının qığılcımlarını hiss etməmək mümkün deyil. İşıq effektləri, tarixin iz salmış sorağından bizə xəbər verən aktyor heyəti, tamaşaya verilən mizan sadəcə möhtəşəm idi.

Muasirlik-rejissora lazım olan aktyor ansamblının bir araya gəlməsi, tamaşanı nümayiş etdirmək ücün əlverişli səhnə, bir çox səhnə effektlərini həyata keçirmək ücün öz sahəsinin peşəkarlarını layihəyə cəlb etmək- böyük sənətdən, istedaddan xəbər verir.

Tamaşanı izlərkən tarixin o anında özünü hiss etməmək mümkün deyil. Tamaşaçı tarixin onları ağuşuna alıb apardığı o anları böyük zövqlə izləyərək məmnunluqla teatrdan ayrılırsa bu böyük nailiyyətdir.

Qeyd edək ki, tamaşanın növbəti premyerası sabah 23 dekabr, saat 19:00-da baş tutacaq.

Bütün yaradıcı heyətə uğurlar arzulayırıq!

Gununsesi.info