Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Latviya Universitetində mühazirə oxuyublar - FOTO

  • By admin
  • 02 Oktyabr 2017 12:33

IMG-20171002-WA0006

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Latviyanın sabiq Prezidenti Vayra-Vike Frayberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin Latviya Universitetində keçirilən  “Prezident mühazirələri” layihəsi çərçivəsində xüsusi mühazirə ilə çıxış ediblər.

Gununsesi.info-nun xəbərinə görə, Latviya Prezidenti Raymonds Veyonisin təşəbbüsü və iştirakı ilə keçirilən mühazirələrə bir çox sabiq ölkə başçıları, ictimai-siyasi xadimlər də qatılıb.

Qeyd edək ki, layihə çərçivəsində Latviya Universitetində Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab, ABŞ-ın sabiq prezidenti Barak Obamanın Maliyyə Resursları üzrə Məsləhət Şurasının vitse -prezidenti Con Hop Bryant, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç mühazirələrlə çıxış ediblər.

Mühazirələrdən sonra Latviya Prezidenti Raymonds Veyonis mühazirəçiləri qəbul edib. Qəbulda qlobal, iqtisadi, siyasi və sosial məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

IMG-20171002-WA0007

IMG-20171002-WA0004

Gülnaz Qənbərli

Gununsesi.info