Amerikalı rejissor Co Karnahanın “Not Without Hope” (“Ümidsiz olma”) adlı filminin yayımlanan treylerində diqqətçəkən texniki səhvə yol verilib.
Gununsesi.info xəbər verir ki, treylerin sonunda böyük Azərbaycan şairi Nizami Gəncəviyə aid sitat yer alıb:
“Çətinlik anında ümidsiz olmayın, çünki büllur yağış qara buludlardan yağır”.
Lakin titrda müəllifin adı Nizami əvəzinə “Izami Ganjavi” kimi təqdim olunub.
Qeyd edək ki, film sağ qalma (survival), dram və triller janrlarında çəkilib və real hadisələrə əsaslanır. Ekran işi okeanda baş verən faciədən sonra həyat uğrunda mübarizə aparan insanların hekayəsindən bəhs edir.
Filmdə baş rolları “Hollivud” aktyorları Zaxarı Levi və Coş Duhamel canlandırır.














