Nizami Rəmzinin qızı həbs olundu

  • Müəllif: Firuzə
  • 20 Oktyabr 2025 14:55

Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan həbs olunub. 

Gununsesi.info xəbər verir ki, bununla bağlı bloger Nail Kəmərli məlumat yayıb:

“Heyf səndən, Reyhan. Gərək səni elə o gün aparardım, Reyhan. Məni aldatdın. İnandım sənə. Reyhan artıq həbsdədir. Çox heyf”.

Qeyd edək ki, N.Kəmərli 2023-cü ildə Reyhanın acınacaqlı həyatını nümayiş etdirmişdi. Narkotik aludəçisi olan Reyhan küçədə yaşayırdı. O, müalicə üçün reabilitasiya mərkəzinə yerləşdirilməli idi.

nizami-remzinin-qizi-hebs-edildi

Gununsesi.info