Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

21 Noyabr 2017 - 10:17

Nizami rayon prokurorundan Zakir Qaralova şikayət- "AQŞİN ZİYADOV DƏLƏDUZLARA HİMAYƏDARLIQ EDİR"

Kəlbəcər rayon sakini, məcburi köçkün Nəcəf Kərimov üzləşdiyi problemlə bağlı, eləcə də Nizami rayon prokuroru Aqşin Ziyadovun əməllərindən baş prokuror Zakir Qaralova şikayət edib.

Gununsesi.info-nun xəbərinə görə, Arif Elman oğlu Quliyev Nəcəf Kərimovun etibarından sui-istifadə edərək Ərəstun adlı şəxslə birlikdə onun 17300 ABŞ dollarını mənimsəyib. Şikayətçinin sözlərinə görə, Nizami rayon prokuroru Aqşin Ziyadov isə dələduzlara himayədarlıq edir.

Beləliklə, müraciətdə deyilir:

“Nəzərinizə çatdırım ki, Quliyev Arif Elman oğlu mənə qarşı törətdiyi dələduzluq əməlləri Nizami Rayon Polis İdarəsi və Nizami Rayon Prokurorluğu tərəfindən araşdırılmamış, Nizami rayon prokroru Aqşin Ziyadov tərəfindən himayə edilir. Bu barədə dəfələrlə şikayət etsəm də heç bir tədbir görülməyib. Əksinə dəfələrlə Nizami rayon prokrorunun qəbuluna getmək istəsəm də prokuror məni qəbul etməyərək, əlacsız duruma salmışdı.

Belə ki, “Azərİnşaat” MMC-də işlədiyimiz zaman onunla yoldaşlıq münasibətlərimiz yaranmışdır. Arif 2016-cı ilin mart-aprel aylarında mənə zəng edərək iş tapdığını, Masallı-Astara yolunun təmiri ilə əlaqədar “ÖZGÜNLƏR” MMC-nin Arifə məxsus “F-Qrup-92” MMC-ə iş verdiyini, onun torpaq daşıma, körpü yanaşmasının dolğu işləri ilə məşğul olacağını, mənə isə lazımı sənədləri, smetanı yazmağı, qiymət çıxartma və digər texniki işlərin həvalə olunacağını bildirdi. İşlə tanış olduqdan, yəni görüləcək işlərin real olduğunu bildikdən sonra sənəd işlərində köməklik göstərəcəyimə söz verdim. Quliyev Arif Elman oğlu sonrakı gün mənə zəng edərək, artıq işə başladığını, yeganə problemin maşın-mexanizm gətirmək üçün pul lazım olduğunu bildirdi. Həmin zaman Cəlilabad rayonunda yol çəkilişində işlədiyimdən ora gəldi və məndən xahiş etdi ki, “gəl neçə ildi bir-birimizi tanıyırıq, istəyirəm sənə də xeyir verim, 40.000 ver bütün işə şərik ol”. İlk əvvəl həmin təkliflə bağlı məndə şübhə yaransa da, Quliyev Arifin and içərək “heç bir ziyan olmayacaq, olsa belə pulunu qaytaracam” deməsi, mənim etibarımı qazanması, həmçinin “öz nümayəndəni ver, sən əvəzdən yanımda olsun, ya da sən işdən çıx gəl yanımda ol” deməsi ona tamamilə inanmağıma səbəb oldu. Bundan sonra 17300 ABŞ dolları pulu “Koroğlu” metrosunun yaxınlığında bacanağım Məmmədov Nizami Mənsur oğlunun iştirakı ilə Quliyev Arif Elman oğluna verdim. Sonradan mənə məlum oldu ki, Ərəstun adlı şəxs də Arifin şərikidir. Bundan sonra Arifə etiraz edərək, yarı yarıya şərik olduğumuzu, ona görə sənə inanıb pul verdiyimi bildirdikdə, mənə “narahat olma sənə nə düşür verəcəm” dedi. Bundan sonra Bakı şəhərində Ərəstunla görüşmək istədim ki, məsələni bir də ondan öyrənim və görüşən zaman Ərəstun mən, Quliyev Arif və qaynım Arif Həsənov iştirak etdi. Görüş zamanı Ərəstun mənə hədə-qorxu gələrək, “sən artıq Arifin şəriki deyiləsən, mən və Arif belə hesab edirik, sənə ancaq öz pulunu qaytaracağıq, onu da 2-3 dəfəyə hissə-hissə verəcəyik, təkliflə razılaşmasan, verdiyin pulu da itirəcəksən, mənim hər yerdə adamım var, hara istəsən şikayət edərsən” deməyindən sonra mən məsələni daha da böyütmədim. Lakin sonradan mən Arifə zəng edərək, onunla görüşdüm, bu zaman niyə belə elədiyini, ona inandığımı, etibar etdiyimə görə qızımın cehiz pulunu verdiyimi, şəriklik məsələsinə etiraz etdiyimi bildirdikdə, mənə “sən heç narahat olma, pulunu artıqlaması ilə qaytaracam, lazım olsa sənə öz payımdan verəcəm, növbəti Cəlilabad və Xaçmaz layihələrində səninlə şərik işləyəcəm” deyərək yenidən mənim etibarımı qazandı. Bundan sonra Arifə dəfələrlə zəng etsəm də mənim zənglərimə cavab verməmiş, Ərəstuna zəng etdikdə isə “Get Ariflə danış” deyərək, məni özündən kənarlaşdırdı.

Sonradan dəfələrlə etdiyim zənglərdən sonra Ərəstun mənə dekabr ayında pulu verəcəyini bildirdi. Lakin 1 ildən artıq vaxt keçməyinə baxmayaraq pulu hələ də qaytarmayıblar. Artıq heç bir çıxış yolum qalmayıb. Etibar etdiyim, güvəndiyim insanlar mənim qızımın cehizi üçün topladığım 17300 ABŞ dolları məbləğində pulu, məni aldadaraq, etibarımdan sui-istifadə edərək ələ keçirmiş, uzun müddətdir müxtəlif bəhanələrlə qaytarmaqdan imtina edirək dələduzluq etmişlər. Bir müddət əvvəl qeyd edilən faktla bağlı cinayət işi başlansa da, konkret olaraq heç bir istintaq hərəkəti aparılmamış və dələduz şəxslər, yəni Quliyev Arif və Ərəstun adlı şəxslər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Nizami Rayon Prokurorluğunun havadarlığı sayəsində açılan cinayət işi konkret olaraq formal xarakter daşımışdır, dələduz şəxslərə edilən himayəçiliyə görə sonuncular təqsirləndirilən şəxs qismində cəlb olunmaqdan yaxa qurtara bilmişdir.

Özüm Kəlbəcər qaçqınıyam, ailə vəziyyətim acınacaqlıdır, kirayə yaşayıram ki, min bir əziyyətlə yığdığım pulu bu dələduzlar mənimsəsin?Odur ki, cənab baş prokror Zakir Qaralovdan, Quliyev Arif və Ərəstun adlı şəxslərin cinayət məsuliyətinə cəlb ediməsinə göstəriş verməyini xahiş edirəm. O zaman əminəm ki, qanunun aliliyini Nizami rayon prokroru Aqşin Ziyadov dərk edər”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Gununsesi.info





loading...