Nizamidə siyahıyaalınma ilə bağlı iclas keçirildi - FOTOLAR

Bu gün Nizami rayonunda əhalinin siyahıyaalınmasının icra vəziyyətinə dair iclas keçirilib Gununsesi.org xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, İcra Hakimiyyəti başçısının müavini, əhalinin siyahıyaalınmasına yardım komissiyasının sədri İldırım Mehdiyev, komissiyanın üzvləri, siyahıyaalma məntəqələrinin müdirləri, müdir müavinləri və təlimatçı-nəzarətçilər iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərmana uyğun həyata keçirildiyini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 16 dekabr 2016-cı il tarixli 517 nömrəli Qərarına əsasən, Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rayonda əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradıldığını və komissiyanın yaradılmasında məqsəd rayon ərazisində siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üçün nəzərdə tutulmuş tədbirlərin vaxtında, mütəşəkkil yerinə yetirilməsi, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasının təmin edilməsi olduğunu bildirib.

Sonra İcra Hakimiyyəti başçısının müavini, əhalinin siyahıyaalınmasına yardım komissiyasının sədri İldırım Mehdiyev rayon üzrə əhalinin siyahıyaalınmasının gedişi barədə ətraflı məlumat verib.

İclasın sonunda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov mühüm dövlət tədbiri olan əhalinin siyahıyaalınmasının müvəffəqiyyətlə keçirilməsi üçün müvafiq dövlət qurumlarına aidiyyəti üzrə tapşırıqlar verib.