
Böyük maraqla gözlənilən 2023-cü il Nobel Sülh Mükafatı qalibi açıqlanıb.
Gununsesi.info xəbər verir ki, builki mükafat İranda həbsdə saxlanılan qadın hüquqları müdafiəçisi Nərgiz Muhammədiyə verilib.
Nobel Mükafatı Komitəsinin bəyanatında deyilir: “Builki mükafat İranda qadınların zülmünə qarşı mübarizə aparan, bütün insanların hüquq və azadlıqları uğrunda mübarizə aparan Nərgiz Muhammədiyə verilib”.
Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib.
İranın tanınmış hüquq müdafiəçilərindən biri kimi tanınan Muhəmmədi qadın hüquqlarının yaxşılaşdırılması və ölüm hökmünün ləğvi üçün mübarizə aparıb. Tehranın Evin həbsxanasında saxlanılan Muhammedi 12 il müddətinə azadlıqdan məhrum edilib.
2003-cü ildə Nobel Sülh Mükafatını qazanan Şirin Ebadinin rəhbərlik etdiyi İnsan Hüquqları Müdafiəçiləri Mərkəzinin vitse-prezidenti vəzifəsində çalışan Muhammedi 122 ildir verilən bu mükafatları qazanan 19-cu qadın olub.
Səid Əhmədli
Gununsesi.info