Nobel Sülh mükafatı prezidentə verildi

  • By admin
  • 07 Oktyabr 2016 13:20

xuan_santos_071016

Nobel Sülh mükafatı Kolumbiya prezidentinə verilib.

Gununsesi.info RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 2016-cı il Nobel Sülh mükafatı Xuan Manuel Santosa verilib.

Prezident bu mükafatı 50 ildən çox davam edən vətəndaş müharibəsinin başa çatmasına verdiyi töhfəyə görə alıb.

Xatırladaq ki, Kolumbiyada 1964-cü ildə başlayan vətəndaş müharibəsinin qurbanlarının sayı 220 min nəfər olub.

Gununsesi.info