Gununsesi.info-nun ixbt.com saytına istinadən məlumatına görə, hələlik onu Sinqapurda əldə etmək mümkündür. Ancaq cihaz digər bazarlarda da əlçatan olacaq.
Sinqapurun “Lazada” mağazalarında onun qiyməti təxminən 73 dollardır. Alıcılara sarı və qara rənglərdə telefonlar təklif edilib.
Avropada isə “Nokia 8110” telefonlarına sifarişlərə başlanılıb. Fransa, İtaliya, İspaniya və Almaniyada cihazı müvafiq olaraq 89,75, 91,24, 90,50 və 88,99 avroya almaq mümkündür. Telefonun iyulun 4-də satışa çıxarılacağı gözlənilir.