Xəbər verdiyimiz kimi, bu gün Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.
Gununsesi.info-nun məlumatına görə, parad heyətlərinin keçidindən sonra antiterror tədbirləri zamanı müsadirə olunan hərbi texnikaların kiçik bir qismi qoşqular üzərində Xankəndi şəhərinin mərkəzi meydanına gətirilib.
Müsadirə edilmiş hərbi texnikaların və nəqliyyat vasitələrinin nömrə nişanlarından hazırlanan və üzərində “Zəfər” sözü həkk edilən lövhə nümayiş olunub.
Qeyd edək ki, Vətən müharibəsindən sonra keçirilən hərbi paradda ermənilərdən qənimət götürülən hərbi texnikalarının nömrə nişanlarından hazırlanan “Qarabağ Azərbaycandır!” lövhəsi nümayiş etdirilmişdi.
Gununsesi.info