Nöqsanlara görə 5 prokuror işdən çıxarılıb - 30 nəfərə töhmət verilib

Ötən il xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə ötən ilin yekunları ilə bağlı Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində deyilib.

HTML tutorial

Bildirilib ki, onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 5 nəfər vəzifədən azad edilib, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq edilib.

Gununsesi.info