Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə yeni direktor təyin edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, 13 mart 2024-cü il tarixli müvafiq əmrlə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tarix müəllimi Samir Dadaşov Kollecin direktoru vəzifəsinə təyin edilib.
S.Dadaşov bu vəzifəyə qədər kollecdə müəllim kimi çalışıb.
Gununsesi.info